Slimfit
  1. CƏMİYYƏT

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirilib
Sakura

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada “Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə “Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, “Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.

Buraxılışda qeyd edilir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi “Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR