Slimfit
  1. MARAQLI

Həyatınızı dəyişəcək 5 fəlsəfi düşüncə

Həyatınızı dəyişəcək 5 fəlsəfi düşüncə
Sakura

Həyatınızı dəyişəcək 5 fəlsəfi düşüncə

Xoşbəxt və uğurlu insanlara gündəlik həyatları ilə bağlı sual verdiyiniz zaman həyatlarına daxil etdikləri hansısa bir anlayış və ya fəlsəfi düşüncədən bəhs etdiklərini görə bilərsiniz. Bu fəsləfi düşüncələr həyatınızı qaydasına salmaq, özünüzü daha yaxşı hiss etmək, daha yaxşı qidalanmaq kimi bir çox müxtəlif mövzuda sizə kömək ola bilər.

Biz də bugünki məqaləmizdə həmin fəlsəfi düşüncələrdən beşi haqqında yazmışıq. İnanın ki, ən az birini belə mənimsəmək həyatınızda yeni üfiqlər açacaq.

1. Stoacı Həyat

“Stoacı Həyat” düşüncə sisteminin əsasında insanların hər şeydən əvvəl özləri ilə barışıq olmaları və təbiətə uyğun yaşamaları, həyatlarından lüzumsuz şeyləri çıxartmaları, bütün hissləri qəbul etmələri və bunlara bağlı yaşamalarının zəruriliyi məsləhət görülür.

2. İkigai

“İkigai” Yaponcada tez-tez istifadə edilən və tanınan bir termindir. Onlar üçün uzun və xoşbət yaşamağın sirridir. Xüsusilə də bu fəlsəfəni səhər yataqdan qalxmağa sövq edən düşüncə olaraq şərh edirlər. Həmin səbəbi tapmaq isə çox mühümdür. Çünki səbəbiniz bütün həyatınız boyunca yorulmadan həyata keçirəcəyiniz tək vərdişiniz ola bilər.

3. Sisu

Sovetlər Birliyinin və Faşistlərin təsirində çətin vaxtlar keçirən, ancaq bu vaxtların öhdəsindən müvəffəqiyyətlə gəlmiş Finlandiyalılar bunun üçün bir fəlsəfə yaratmışdılar – Sisu. Vikinqlərin çətin şəraitlərə qarşı mübarizəsindən gələn bu söz, “Bir çox insanın təslim olduğu müəyyən bir nöqtədən sonra belə qazanmaq üçün cəsur, əzmli və qərarlı bir şəkildə mübarizə aparmağa davam etmək” mənasını daşıyır.

4. Kaizen

Mənası "yaxşılığa doğru dəyişmək""inkişaf etmək olan “Kaizen” (Kayzen) həyatımızın demək olar ki, bütün mərhələlərində asanlıqla rast gələ biləcəyimiz bir anlayışdır. Ümumilikdə hər kəsi, hər hadisəni, hər anı əhatə edən və müntəzəm olaraq daha yaxşıya çatmağı hədəfləyən bir fəlsəfədir.

5. Hygge

Dünyanın ən xoşbəxt ölkələrindən olan Danimarkada bir fəlsəfə formalaşmışdır:Hygge Fəlsəfəsi. Hərfi mənasını İngilis dilində mövcud olan “coziness” sözü kimi “rahatlıq”, “səmimiyyət” mənaları ilə “səmimi bir mühitdə insan ruhunun rahat hiss etməsi” kimi açıqlaya bilərik.

 

Mənbə: Banco.az

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR