Slimfit
  1. DİN

Həyat yoldaşı qadının hicab bağlamağının əleyhinədirsə, o nə etməlidir?

Həyat yoldaşı qadının hicab bağlamağının əleyhinədirsə, o nə etməlidir?
Sakura

Həyat yoldaşı qadının hicab bağlamağının əleyhinədirsə, o nə etməlidir?

Qadın hicab bağlamaq istəyir, amma həyat yoldaşı qəti əleyhinədir. Hətta hicaba keçmək istədiyi üçün qadını döyür və evdən qovmaqla hədələyir. Bu halda qadın nə etsin?

Hicab qadının vacib borcudur və bu vəzifəni icra etmək üçün qadın çalışmalı, bütün mümkün vasitələrdən istifadə etməlidir. Əgər həyat yoldaşı ona hicab bağlamağa icazə vermirsə, hər şeydən əvvəl hicabın vacibliyini anlatmağa, qadın hicab bağlayarsa, yalnız özünə deyil, ərinə də xeyirli olacağını başa salmağa cəhd etməlidir. Bu kömək etməsə, ərinin qohumları ilə danışıb xahiş etməlidir ki, onu yola gətirsinlər. Əgər heç bir vasitə işə yaramasa, o halda qadın bacardıqca qapalı geyinməyə çalışmalı, naməhrəmlərin gözündən uzaq durmalıdır. Buna imkan daxilində ən maksimum həddə riayət etməlidir. Bunlardan əlavə, ərini hidayət etməsini Allahdan diləmək də faydalı olar. Öz qadınının hicablı olmasına əngəl törədən kişi böyük günah qazanır, bu işin məsuliyyəti onun boynuna düşür və qiyamət günündə buna görə ağır cəza görəcək.

Mənbə: Milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR