Slimfit
  1. AZƏRBAYCAN

Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin

Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin
Sakura

Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin

Obyektlərdə şəxsin (şəxslərin) koronavirusa yoluxma halı qeydə alınarsa, kollektivin tam tərkibi karantinə alınacaq.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.

Müəssisə və şirkət rəhbərlərinə müraciət edən Nazirlik insanları maksimum diqqətli olmağa çağırıb.

Bildirilib ki, koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur.

Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50%-i ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR