Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Həsənov Müzəffər Qəzənfər oğlu

Həsənov Müzəffər Qəzənfər oğlu
Sakura

Həsənov Müzəffər Qəzənfər oğlu - "20 Yanvar Şəhidi"

Müzəffər Həsənov (azərb. Həsənov Müzəffər Qəzənfər oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

1939-cu il fevralın 5-də anadan olub. Tikinti-quraşdırma trestinin avtobazasında sürücü işləmişdir. Dörd övladı qaldı: Zahid, Gülafər, Cavid, Gülnarə. 19-u gecə böyük oğlu Zahid evə gec gəlib. Müzəffər kişi övladını axtarmağa gedib. O gedən bir də evə qayıtmayıb. Gecə saat 4—5 radələrində Salyan qazarmasının yanında görüblər onu. Yaralı və ölüləri xəstəxanaya daşıyırmış. Yanvarın 20-si səhərdən uşaqların axtardıqları xəstəxana qalmayıb. Atalarını tapa bilməyiblər. Yanvarın 22- si, şəhidlərin dəfni günü Müzəffərin oğlanları Semaşko adına xəstəxanada tanınmaz hala düşmüş bir meyidi öz ataları bilib Şəhidlər xiyabanında dəfn ediblər. Oğlanları «atalarını» dəfn edib, o isə sağdır. Hələ ki, nəfəsi gedib-gəlir. Hələ ki, Semaşko adına xəstəxanada oğlanlarının yolunu gözləyir, dilsiz, ağızsız... Böyük oğlu Zahidin dedikləri: — Yanvarın 23-də gecə saat 2-də Salyan qazarmasından Semaşko adına xəstəxanaya 19 meyid gətiriblər. Bu adamlar yanvarın 19-u gecə yaralanandan sonra Salyan qazarmasına aparılıb. Üç gün sonra xəstəxanaya gətiriləndə ancaq atamın nəfəsi üstündə olub. Yanvarın 24-ü dili açılıb, özünə gəlib. Ünvanı verib ki, evə xəbər versinlər. Xəstəxanadan evə gəlib bu xəbəri bizə verəndə hamı dəli kimi olmuşdu. Axı biz atamızı dəfn eləmişdik. Xəstəxanaya getdik. Atamın halı özündə deyildi. Bir qolu və bir barmağı sındırılmışdı. Rezin dəyənəklə başına vurulmuş, beyninə qan sızmışdı, amma güllə yeri yox idi. Bundan sonra beş gün yaşadı atam. Yanvarın 29-u gecə saat 2-də vəfat etdi. Nə ağır dərddi, ilahi! Bir adamı iki dəfə dəfn etmək. Bu ağrını, acını iki dəfə çəkmək, bir adda adamı iki dəfə qəbiristanlığa aparmaq... Mərhum Şəhidlər xiyabanında dəfn olunub.

Ünvan

Bakı şəhəri, 1-ci Alatava, ev 134.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR