Slimfit
  1. ƏDƏBİYYAT

Həsənəli xan Qaradaği - Salubdı indi nəzərdən, gedüb, o yar məni

Həsənəli xan Qaradaği - Salubdı indi nəzərdən, gedüb, o yar məni
Sakura

Həsənəli xan Qaradaği - Salubdı indi nəzərdən, gedüb, o yar məni

Salubdı indi nəzərdən, gedüb, o yar məni,
Edübdi möhnətü dərdi-ğəmə düçar məni.

Fəğanü nalə yükin çəkmək ilə gün keçdi,
Bəla qətarınə çərx etdi sərqətar məni.

Bəla xədənginə olmış nişan dili-zarım,
Nedüm ki, eylədi səyyadi-ğəm şikar məni.

Fəğan ilə ətəgin dutdum ol turş ruyin ,
Cəfadə söylədi: «Yan get ki, od dutar məni!»

Bu fikr yordı məni ahu seyd edənlər tək,
O ahu gözlü görəndə nədən qaçar məni?

Hara gedüm, nə qılum-eyliyüm, nədür çarə?
Bu zalım indi beylə öldürür figar məni.

Nə söz dedim, görəsən, dəgdi qəlbinə, ya Rəbb?
Küsübdi, indi beylə dindiməz nigar məni?

Qaşındən özgə əgər qiblə dutsəm aləmdə,
Görim ki, eylər sədparə Zülfiqar məni.

Gecə səbahə kimi yoxdı taqətü tabım,
Gətürdi təngə, Xudaya, bu ahü zar məni.

Əsiri-xəstədil oldım bu möhnətü ğəm ara,
Əcəl yetişdi, gəleydi-göreydi yar məni.

Nə etmişəm, Qəradaği, bu qədər yar beylə
Rəqiblər nəzərində dutubdı xar məni?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR