Dərc edildi: Baxış sayı: 868
Həsənəli xan Qaradaği - Ney tək nəvayə gəldi yenə, tutdu nar dil
Ney tək nəvayə gəldi yenə, tutdu nar dil,
Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
Gül qönçəsi kimi bükülüb ləxtə-ləxtə qan,
Cövrü-cəfadan hər dəm udar su güvar dil.
Bir şişə tək cəfa daşma dəydi, neyləsin,
Ol sərdari-vaqif, israri-yar dil.
Durdu, dolandı başına, düşdü ayağına,
Yandı köz kimi şəm üzrə pərvanəvar, dil.
Dorda, tükəndi ömr, cahanda belah dil,
Bir şad olmadı ki, dcyim, tut qərar, dil.
Sübhi-məsa fəraqında ahu fəğan eylər,
Təngə gotirdi aləmi, şəb zindədar dil.
Səbr eyləməzmi, ol Qarabağı qərar ilə,
Görmüş dərdü qəmü biqərar dil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət