Dərc edildi: Baxış sayı: 1039
Həsənəli xan Qaradaği - Fələyin bir belə dövrü olacağmış, nə bilim
Fələyin bir belə dövrü olacağmış, nə bilim?
Saralıb bağü gülistan solacağmış, nə bilim?
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?
Bitirib bağ salıb bir neçə güllər yetidim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?
Əl çəkib nakəsidən çərx elə nakəsimiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim?
Aşiqə naz eyləmək adət olub mə’şuqə,
Bu qədər naz eyliyib can alacağmış, nə bilim?
Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilan tək çalacağmış, nə bilim?
Səltənət rütbəsini xar tutardım şahikən,
Məni başdan ayağa qəm salacağmış, nə bilim?
Ruzgarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət