Slimfit
  1. ƏDƏBİYYAT

Həsənəli xan Qaradaği - Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidə

Həsənəli xan Qaradaği - Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidə
Sakura

Həsənəli xan Qaradaği - Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidə

Ey soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə,
Vermiyə qəlbində yer eşqə, yolını bərkidə.

Eşq vardur bir məcazi, bir həqiqi dəhrdə,
Əvvəli bir yoldürür, axırkinə aşiq gedə.

Eşq xüllətdəndürür, xüllət məhəbbətdən, vəli
Eşqdən heyrət bulur eşq əhli daim əşkidə.

Ol biri eşqi-məcazidür, həqiqi, bu biri,
Yə’ni, cismani biri, ruhani vardur biri də.

Necə ki, mə’rifət, təriqət, həm şəri’ət vardur,
Bir həqiqət çun belə vardur, o də bu səpkidə.

Meylü zövqü şövq istər, ta məhəbbət var ola,
Xülləti iradət bula eşqidə heyrət dəhridə.

Eşq də cəzbədürür, aşiq də caziblik, vəli
Mə’şuqi məczub derlər, var aşiq geridə.

Şad olsun, barilaha, eşqi-xoşsevda müdam,
Var müalicü təbib cümlə illət diridə.

Eşqi-bican söylənür fürs dilində əşiqə,
Əşiqə ləblab ərəbdə, sarməşüqdür türkidə.

Sarməşüq necə dolaşub zuri yetər təpkiyə,
Eyliyür zəif, şilə eşq aşiqi istər edə.

Sarı rənglü, az xoraklu, az deyən, həm az yətan,
Aşiqi eşq eyliyür bu növ’ gülməz dəhridə. 

Həmmü ğəmmü ğüssələr var, möhnətü dərdü ələm,
Aşiq içün hicrdə, hablə fikrü zikridə.

Aşiqin fikrü xəyalı daima mə’şuqdür,
Yetməz ikən vəslinə var bu bəlalu bəhridə.

Yarü varin aşiqi, ya səbr, ya vəsl ixtiyar,
Mümkin olsə eyləsün, olmasə dursun fikridə.

Eşqdəndür aşiqə bu yandurıcı istilik,
Piltəsi yağ istəməz, odsız yanur var ömridə.

Bir mərəzdür, müxtəsər, eşq ariz olmuş aşiqə,
Ey Qəradaği, əlacın göstərüblər mərgidə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR