Slimfit
  1. ƏDƏBİYYAT

Həsənəli xan Qaradaği - Ey nəzakət çəməni içrə xüraman, gözəlim

Həsənəli xan Qaradaği - Ey nəzakət çəməni içrə xüraman, gözəlim
Sakura

Həsənəli xan Qaradaği - Ey nəzakət çəməni içrə xüraman, gözəlim

Ey nəzakət çəməni içrə xüraman, gözəlim!
Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Bu canım sədəqədir, qaş-gözə qurban, gözəlim!
Yaraşır bir baxışa kim, ala yüz can, gözəlim!
Belə getsə, tez olur dillərə dastan, gözəlim!

Hərəkatü rəvişin qıldı səhi-sərvini pəst,
Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,
Laləni dağə salıb, rayin edib badəpərəst,
Ey könül, qaş-göz ara sən nə gəzirsən belə məst?
Yoxdu qorxum ki, ara yerdə tökə qan gözəlim!

Ey mələk, nurlu yüzün gündümü, ya bədri-tamam?
Kim ki ruyindən olur məst, ona var badə həram.
Pərdəsiz cilvələnib, nazilə ver qəddə qiyam,
Küfr zülfin dağıdıb, məst çıxıb, eylə xüram,
Bilələr, ta ki nədir küfrilə iman, gözəlim!

Bu qədü qamətinə ətləsü-xara yaraşır,
Qaşların guşəsinə qətlimə ima yaraşır,
Edə gər zində ləbin nitqi-Məsiha yaraşır,
Səni hər kim ki görür, başına sevda yaraşır,
Olu sərgəştəvü-divanəvü-heyran, gözəlim!

Gün ki hər sübh çıxar, dərgahma səcdə edər,
Sərv rəftarə gələr, qılsa qədin bağə güzər,
Qönçələr ağzın ilə qarşı dura, boynun əyər,
Küfr zülfündə dolaşmış, Qaradaği, kafər!
Desələr, ona müsəlman, olu böhtan, gözəlim!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR