Dərc edildi: Baxış sayı: 950
Həsənəli xan Qaradaği - Ağ yalançı
Bir xaric dövlətdən bir əmirzadə,
Gəlibdir Tiflisə, gəzib azadə.
Görüb minarədə ozan verəni,
İslamı namaza dəvət edəni.
Xəbər alıb bir cühuddan bu kişi:
"Nə deyir o adam, nə olmuş işi?"
Cühud deyib: "Deyir, böyükdür Allah,
Burası doğrudur, düz deyir vallah.
Söyləyir ki, var Məhəmməd peyğəmbər,
Bu yalandır, uydurulmuş bu xəbər".
Əmirzadə söyləyibdir: "Hər halda,
Yalanı sən dedin, qoy qalsın yadda.
Çünki mümkün deyil edilə bəyan,
Öylə uca yerdən söylənə yalan".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət