Həsənəli mirzə - Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu
Həsənəli mirzə — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonraAzərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469–cu ildə öldürülmüşdü.
Hakimiyyəti
Həsənəli 1467-1468- ci illərdə Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Həsənəli Qara Yusifin nəvəsi, Cahanşahın oğludur. Hələ atasının sağlığında, iki dəfə ona qarşı çıxmış və məğlub olmuşdur. Hər iki halda anasının himayəçiliyi ilə ölümdən qurtarır. Cahanşahdan sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərdi, lakin buna nail ola bilmədi. 1468-ci ildə Uzun Həsən asanlıqla Cənubi Azərbaycanı və Qarabağı ələ keçirdi, qaraqoyunlu tayfalarının böyük bir hissəsi Ağqoyunlu hakimiyyətinə daxil oldu. Beləlilkə, Qaraqoyunlu dövləti özünün 58-ci ilində dağılıb məhv olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət