Slimfit
  1. ƏDƏBİYYAT

Həsən bəy Zərdabi - Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən

Həsən bəy Zərdabi - Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən
Sakura

Həsən bəy Zərdabi - Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən (müəllif - Seyid Əzim Şirvani)

Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,
Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.

Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,
Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən.

Zəbani-türk ilə agah eylər əhli-Qafqazı,
Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən.

Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,
Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.

Nəsimi sübhtək feyzi olub bu aləmə sari,
Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.

Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,
Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.

Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami,
Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.

Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,
Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.

İlahi padşahi-Rusun eylə dövlətin əfzun,
Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR