Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) (d. 27 mart 1958, Gülüstan, Naxçıvan MSSR) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999).
Həyat və yaradıcılığı
Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.
Mükafatları
1984-cü ildə Naxçıvan MSSR-nun əməkdar artisti,1989-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti,1999-cu ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2005–2010-cu illərdə[2] və 9 may 2018-ci ildə[3] prezident mükafatçısı olub. 2008-ci ildə Tərəqqi medalına layiq görülüb.
Teatroqrafiya
Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun oynadığı rolların bir qismi:
Müəllifin adı |
Əsər |
Oynadığı rol |
Hüseyn Cavid |
"Ana" |
Orxan |
"İblis" |
İblis |
|
"Uçurum" |
Əkrəm bəy |
|
"Şeyda" |
Əşrəf bəy |
|
Şeyx Sənan |
Simon, Dərviş |
|
Zessinq |
Müdrik Natan |
Natan |
Çingiz Aytmatov |
Manqurt |
Yedigey |
Cəlil Məmmədquluzadə |
"Dəli yığıncağı" |
Fazil |
Nəriman Nərimanov |
"Nadanlıq" |
Hacı Abdulla |
"Nadir şah" |
Cavad |
|
Nəriman Həsənzadə |
"Atabəylər" |
Nizami Gəncəvi |
Taleh Həmid |
"Yəhya bəy Dilqəm" |
Böyükağa |
Elçin Əfəndiyev |
"Arılar arasında" |
Baba |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət