Slimfit
  1. İQTİSADİYYAT

Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanun pozulub

Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanun pozulub
Sakura

Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanun pozulub

Ötən il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin neft və qeyri-neft sahələri üzrə hesabatlılığının aparılması zamanı “Büdcə sistemi haqqında” qanunun bəzi tələbləri nəzərə alınmayıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“2020-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılması və icrası ilə əlaqədar təqdim edilən sənədlərdən görünür ki, fiziki şəxslərin gəlir vergisindən başqa qanunvericiliklə müəyyən edilmədiyi halda yol vergisi də Dövlət Neft Şirkətinin (strukturundakı “Azəriqaz” və “Azərkimya” istehsala birlikləri ilə birlikdə) xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlər üzrə proqnoz və icra göstəricilərinə daxil edilməyib.

2020-ci ilin büdcə gəlirlərinin hesabatlılığında Şirkətin ölkə ərazisində istehsal edərək, daxili istehlaka yönəltdiyi (topdan satılan) yanacağa görə ödənilmiş 68,221 milyon manat məbləğində yol vergisinin neft gəlirlərinə deyil, qeyri-neft gəlirlərinə aid edilməsinə yol verilib. Bu isə son nəticədə büdcənin icrası barədə illik hesabatda qeyri-neft gəlirlərinin daha çox göstərilməsinə səbəb olub”, - rəydə qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR