Slimfit
  1. İQTİSADİYYAT

Hesablama Palatası "Azərsu"yun icra etdiyi layihənin səmərəliliyini yoxlayıb

Hesablama Palatası "Azərsu"yun icra etdiyi layihənin səmərəliliyini yoxlayıb
Sakura

Hesablama Palatası "Azərsu"yun icra etdiyi layihənin səmərəliliyini yoxlayıb

Hesablama Palatası "Azərsu" ASC-nin Cənubi Koreyanın İxrac-İdxal Bankından kredit cəlb etməklə həyata keçirdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsi üzrə vəsaitlərdən istifadəyə dair səmərəlilik auditi aparıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Palataya istinadən xəbər verir.

Xatırladaq ki, layihənin məqsədi 40 000 m³/gün gücündə olan Qurğunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasıdır. Gələcəkdə sözügedən rəqəmin 60000m³/günə çatdırılması planlaşdırıldığından 20000 m³/gün güc üçün müvafiq yer nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 72 milyon ABŞ dollarıdır ki, bunun da 53,4 milyon ABŞ dollarını Koreya tərəfi, 28,5 milyon ABŞ dollarını isə hökumət təmin edib.

"Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan, itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su-kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib.

Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət, onlardan səmərəli istifadə imkanlarının itirilməsi ilə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb.

Qurğunun tam gücü ilə təyinatı üzrə işləməməsi Layihənin iqtisadi, ekoloji və sosial məqsədlərinə, DİM üzrə milli və beynəlxalq göstəricilər arasında uyğunsuzluq həmin göstəricilərin dəqiqləşdirilməsinin vacibliyini göstərib.

Qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi Layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail olunmamaqla yanaşı, Qurğunun tikintisinə sərf olunmuş vəsaitlərin səmərəliliyinə də təsir etməklə həmin vəsaitlərin faydalılığı və nəticəliliyini azalda bilər", - deyə məlumatda qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR