Dərc edildi: Baxış sayı: 279
Hərəkəti ilə gündəmə gəlmişdi - İlin qapıçısı seçildi
Argentina milli komandasının və “Aston Villa”nın qapıçısı Emiliano Martinez ilin ən yaxşı qapıçısına təqdim edilən Lev Yaşin mükafatının qalibi olub.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, sıralamada ikinci yeri Unai Simon (“Atletik”), üçüncü yeri isə Andrey Lunin (“Real”) tutub.
Argentinalı ötən il də bu mükafata layiq görülmüşdü.
Xatırladaq ki, Martinez Dünya Kubokunun seçmə mərhələsinin 8-ci turunda etdiyi hərəkətlə gündəmə gəlmişdi. Qolkiper Kolumbiya millisinə 1:2 hesablı məğlub olduqları matçda onu çəkən kameraya şillə vurmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət