Slimfit
  1. SİYASƏT

Hərə öz problemini həll edir: ölkələr... - Prezident

Hərə öz problemini həll edir: ölkələr... - Prezident
Sakura
:0

Hərə öz problemini həll edir: ölkələr... - Prezident

Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident bildirib:

“İlk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması, - baxmayaraq, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, - amma dünya miqyasında müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR