Dərc edildi: Baxış sayı: 576
“Hərbi yola əl atacağı halda Azərbaycan fəlakətlə üzləşəcək...” -Paşinyan yenə hədələdi...
Xəbər verdiyimiz kimi, İrəvanda işğalçı ölkə və Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təhlükəsizlik “şuraları”nın birgə yığncağı keçirilir.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, üzdəniraq yığıncaqda çıxış edən Ermənistan baş naziri N.Paşinyan nitqini əsasən Qarabağ məsələsinə həsr edib. İşğalçı ölkə rəhbəri bir daha “münaqişənin həllində Dağlıq Qarabağdakı qondarma separatçı rejimin tərəf kimi iştirakının vacibliyini” vurğulayıb. Bu mənada o, 2020-ci ildə separatçı rejimin işğal altındakı Azərbaycan torpaqlarında keçirəcəyi qanunsuz “parlament” və “prezident” “seçkiləri”nin “xüsusi əhəmiyyəti”ni qeyd edib. Paşinyan həyasızcasına bildirib ki, “Qarabağdakı erməni rejiminin nəzarət etdiyi ermənilər danışıqlarda layiqli nümayəndələrlə təmsil olunmaq üçün mütləq “demokartik seçki” keçirməlidirlər”.
İşğalçı ölkə başçısı yenə də hədələyici ritorikaya əl ataraq Qarabağ məsələsinin müharibə yoluyla həllinin mümkün olmadığını, Azərbaycanın hərbi yola əl atacağı təqdirdə fəlakətlə üzləşəcəyini söyləyib... Paşinyan “Ermənistanın Qarabağdakı separatçı rejimin hərtərəfli təhlükəsizliyinin qarantı olduğunu” da bir daha vurğulayıb...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət