Slimfit
  1. CƏMİYYƏT

Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib.

2024-cü il iyul ayının 1-dən qüvvəyə minəcək yeni dəyişikliyə görə, hərbi xidmətə çağırış zamanı tibbi şəhadətləndirməyə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzarət edəcək.

Yeni dəyişikliyin mahiyyəti nədən ibarətdir və ƏƏSMN nəzarəti hansı qaydada həyata keçirəcək?

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-ın sorğusuna cavab olaraq yeni prosedur qaydasını izah edib.


"Yeni prosedur qaydasına əsasən, çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həkim komissiyası zamanı, həmçinin əvvəllər yararsız olan, təkrar müayinəyə gələnlərdə yararsızlıqla bağlı hər hansı şübhələr, hər hansı xəstəliklər büruzə verdiyi halda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində olan reabilitasiya mərkəzinə göndəriş veriləcək.

Orada müayinə olunduqdan sonra həmin çağırışçının aktı bizə təqdim olunacaq və o akta əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yekun qərar veriləcək", - deyə P.Sədrəddinov bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq məsələyə geniş şərh verilib:

"Prezident İlham Əliyevin "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək:

- sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;

- sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;

- dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;

- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

Beləliklə, "Hərbi xidmətə yararlıdır" kateqoriyası istisna olmaqla, digər rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) tərəfindən aparılacaq.

Həmin yekun tibbi müayinənin aparılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilir.

DTSERA çağırışçının yekun tibbi müayinəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirəcək. Çağırışçının yekun tibbi müayinəsi Agentliyin tibbi qiymətləndirmə komissiyaları tərəfindən həyata keçiriləcək və nəticələri barədə məlumatlar altsistemə daxil ediləcək.

Qəbul edilən müvafiq qərar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil ediləcək. Qəbul edilən müvafiq qərar barədə çağırışçının da onun elektron kabineti vasitəsilə məlumatlandırılması təmin olunacaq".

Qeyd edək ki, əvvəl bu proses bir qədər fərqli idi. Belə ki, Xidmətə dəvət olunan çağırışçının səhhəti ilə bağlı xidmətə yararsızlığı müşahidə olunurdusa, o zaman ona müayinədən keçmək üçün müxtəlif klinikalara müvafiq göndəriş verilirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR