Slimfit
  1. İDMAN

Hərbi xidmətdən yayındığına görə millidən qovuldu

Hərbi xidmətdən yayındığına görə millidən qovuldu
Sakura

Hərbi xidmətdən yayındığına görə millidən qovuldu

Cənubi Koreya millisinin üzvü Çan Hon Su yığmadan qovulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb 27 yaşlı müdafiəçinin hərbi xidmətdən yayınması olub. Futbolçu 57 dəfə formasını geyindiyi yığmadan birdəfəlik uzaqlaşdırılıb və 2000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, Yaponiyanın Tokio klubunda çıxış edən Çan Hon Su saxta sənəd düzəldərək hərbi xidmət əvəzinə 200 saatlıq ictimai işlərdə çalışıb. Əslində isə 2014-cü il Asiya Oyunlarının qalibi olan Çan iki illik hərbi xidmət əvəzinə, dörd həftəlik hərbi hazırlıq keçməli və 500 saatlıq ictimai işlərdə çalışmalı idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR