Dərc edildi: Baxış sayı: 453
Hərbi xidmətdən qayıdan oğluna yığıncaq keçirən ata cərimələndi
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən atanı inzibati məsuliyyətə cəlb edib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, ölkədə elan edilən karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət