Slimfit
  1. CƏMİYYƏT

Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gündən qüvvəyə minən hərbi vəziyyət müddətində Bakı şəhəri üzrə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişindaşımalarda fasiləsizliyin pozulmaması məqsədilə zəruri tədbirlər görülür.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat yayıb. 

Bildirilib ki, pandemiya zamanı olduğu kimi, hərbi vəziyyət müddətində də sərnişinlərin, xüsusilə həyat əhəmiyyətli strateji sahələrdə, o cümlədən, ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən müəssisələrdə işləyən şəxslərin avtobuslarla daşınması təmin olunacaq.

Metro ilə sərnişindaşımaların adi rejimdə (06:00-dan 00:00-dək) təşkilini nəzərə alaraq, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin təmin edilməsi məqsədilə avtobusların fəaliyyəti də eyni qaydada təşkil ediləcək.

Yəni ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma xidmətinin təşklində hər hansı dəyişiklik olunmayacaq. Avtobuslar əvvəlki günlərdə olduğu kimi, adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.

Lakin hərbi vəziyyətin davam etdiyi qarşıdakı günlərdə sərnişindaşımaların təşkilinə dair statistik təhlillər aparılacaq. Əldə olunan nəticələrə uyğun olaraq komendant saatı müddətində (saat 21:00-dan sonra) marşrut xətləri üzrə avtobusların sayı, hərəkət cədvəli və intervalı ilə bağlı dəyişikliklər edilməsi istisna edilmir. Planlaşdırılan dəyişikliklər barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR