Slimfit
  1. HƏRB

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
Sakura

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

 

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb.

Toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.

Ens.Az-ın məlumatına əsasən,Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlara ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib.

Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxri fərmanlar təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR