Slimfit
  1. AZƏRBAYCAN

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundakı dəyişiklik qüvvəyə mindi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundakı dəyişiklik qüvvəyə mindi
Sakura

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundakı dəyişiklik qüvvəyə mindi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.

Publika.az xəbər verir ki, Qanunun 6.4-cü maddəsindən sonra aşağıdakı məzmunda "Qeyd” hissəsi əlavə edilib:

"Qeyd. Bu qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur.”.

Qeyd edək ki, qanunun 6.4-cü maddəsi müvafiq icra hakimiyyəti orqanında vətəndaşların ilkin hərbi qeydiyyata alınmasını nəzərdə tutur. Beləliklə vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən electron sistemdəki sənədləri təqdim etməli olmayacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR