Slimfit
  1. AVTO VƏ MOTO

HƏRBİ TƏYİNATLI AVTOMOBİL TEXNİKASI

HƏRBİ TƏYİNATLI AVTOMOBİL TEXNİKASI
Sakura

HƏRBİ TƏYİNATLI AVTOMOBİL TEXNİKASI HAQQINDA

Hərbi təyinatlı avtomobil texnikası (AT) - qoşunların döyüş və gündəlik fəaliyyətini təmin etmək üçün istifadə olunan zirehsiz təkərli və sepli texnikadır. Hərbi və ümumi təyinatlı AT-na bölünür. Silahlı Qüvvələrin AT tərkibinə hərbi avtomobillər, transportyorlar, dartıcılar, texniki xidmət və təmir maşınları, təxliyə vasitələri, qoşqular, yarımqoşqular, furqon gövdələr və b. daxildir. Ölkənin ümumi təsərrüfat ehtiyacları üçün sənaye tərəfindən istehsal olunan minik və yük avtomobilləri, avtobuslar, təkərli və sepli traktorlar, avtoqaldırıcılar (avtokran), qoşqu və yarımqoşqular daxildir.

AVTOMOBİL TEXNİKASINA DAXIL DEYİL

- zirehli təkərli maşınlar (məs. BTR) və zirehli kəşfiyyat və kəşfiyyat – patrul maşınları;

- motosikl;

- zirehli texnikanın texniki dəstəyi və təmiri üçün maşınlar, hətta təkərli zirehsiz avtomobil şassilərində;

TƏSVİRİ

Təmir sexləri adətən çoxməqsədli təkərli maşınların şassilərinə quraşdırılır. İlişib qalmış maşınların çıxarılması və zədələnmiş maşınların daşınması üçün təmir – təxliyə maşınlarından istifadə olunur.

Yüngül yükgötürmə qabiliyyətli avtomobillərin xüsusi gücü 15-22 kVt/t-dən, orta və ağır yükgötürmə qabiliyyətli avtomobillərin xüsusi gücü 11-15 kVt/t-dən aşağı deyil.

Maşınların yükgötürmə siniflərin ümumi sayı 5 ilə 7 arasında dəyişir. Ən çox yayılmışı: 0,75-ə qədər (taktiki avtomobillər yüksək keçidə sahib olmalıdır); 1,25; 2,5; 4; 8; 10 ton və ya daha çox (məsələn, tank qoşquları).

İSTİSMAR QRUPLARI ÜZRƏ TƏSNİFATI

Avtomobil texnikasının istismar qrupları aşağıdakılara bölünür:

- döyüş qrupu (böyük təlimlərdə [xüsusi sifarişlə] və hərbi əməliyyatlarda silah quraşdırmaq üçün təkərli avtomobillər, sepli daşıyıcılar və dartıcılar);

- döyüş hazırlığı qrupu (şəxsi heyətin gündəlik hazırlığı üçün həmin vasitələr);

- nizami qrup (insanların və yüklərin daşınması üçün daşıyıcı avtomobillər və sepli transportyorlar [silah-sursat, avadanlıq, ərzaq, yanacaq və s.] və silah olmayan dartma üçün sepli dartıcılar [yük üçün qoşqu: sursat, avadanlıq, ərzaq, yanacaq və s. ]);

- təlim qrupu (yalnız şəxsi heyətin gündəlik təlimi, o cümlədən təlim bölmələri təkərli avtomobillər, sepli transportyorlar və dartıcılar).

 

Tərcümə etdi: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR