Slimfit
  1. CƏMİYYƏT

Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir

Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir
Sakura

Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Digər dəyişikliklə isə döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR