Slimfit
  1. HƏRB

Hərbi qulluqçuların uşaqlarına sosial müavinətin verilməsi barədə qanun layihəsi təsdiqləndi

Hərbi qulluqçuların uşaqlarına sosial müavinətin verilməsi barədə qanun layihəsi təsdiqləndi
Sakura

Hərbi qulluqçuların uşaqlarına sosial müavinətin verilməsi barədə qanun layihəsi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq, üçüncü oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR