Slimfit
  1. AZƏRBAYCAN

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları
Sakura

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2019/2020-ci tədris ili üçün kursant qəbulu qaydaları



I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
İxtisas bölgüsü: 1-ci kursun əvvəlində
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr ilə qədər 17 yaşı tamam olan, 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək hərbi qulluqçu və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 133 AZN məbləğində müavinət alırlar. Təhsili və fərdi intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə qanuna müvafiq qaydada əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisaslarla yanaşı müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

II. SƏNƏDLƏRİN QƏBULU:

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2019-cu il tarixdən ərizə ilə məktəbin rəisinə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– məhkumluğu barədə arayış;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nə­cisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

    III. ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun (riyaziyyat, fizika, kimya) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.
QEYD: Təhsil haqqında sənəd təqdim etməyən namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarına buraxılmırlar.

Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479‑78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15,  544-00-16).

Test imtahanının keçirilmə tarixi əlavə olaraq bildiriləcək.

 

 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN Hərbi Tibb Fakültəsinə Hərbi həkim işi ixtisası  üzrə 2019/2020-ci tədris ili üçün qəbul qaydaları



I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 6 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2019-cu ilə qədər 16 yaşı tamam olan və 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər. Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar.

 

II. SƏNƏDLƏRİN QƏBULU:

 

Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2019-cu il tarixdən ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

 

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– məhkumluğu barədə arayış;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb Fakültəsində təhsil almaqdan imtina etdikləri halda, Azərbaycan Tibb Universitetindən xaric ediləcəkləri barədə öhdəlik götürürlər.

III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:
Namizədlər Hərbi Tibb Fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün  keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu iləbirinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə IV ixtisas qrupunun (biologiya, kimya, fizika) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Hərbi Tibb Fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.

Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur.
(ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) təqdim edirlər. Əlaqə telefonu 544-00-15, 544-00-16).

Test imtahanının keçirilmə tarixi əlavə olaraq bildiriləcək.

 

 

 

 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2019/2020-ci tədris ili üçün qəbul qaydaları



I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2019-cu ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan, habelə müddətli həqiqi hərbi xidmət keçmiş 23 yaşına qədər hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 185 AZN məbləğində müavinət alırlar.

II. SƏNƏDLƏRİN QƏBULU:

 

Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2019-cu il tarixdən ərizə ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rəisinə müraciət etməlidirlər.

 

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– məhkumluğu barədə arayış;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq əri­zələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

III. HƏRBİ FELDŞER İŞİ İXTİSASI ÜZRƏ HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:
Namizədlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

– Azərbaycan dili;
– kimya.


Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur
(ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu 544-00-15, 544-00-16).

Test imtahanının keçirilmə tarixi əlavə olaraq bildiriləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019/2020-ci tədris ili üçün kursant qəbulu qaydaları

I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili:  Azərbaycan dili;
Təhsil forması: əyani;
Təhsil müddəti: 2 il;
Yaş həddi: 15 sentyabr 2019-cu ilə qədər 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, qəbul ilində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.

 

II. SƏNƏDLƏRİN QƏBULU:

 

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2019-cu il tarixdən ərizə ilə hərbi liseyin rəisinə müraciət etməlidirlər.

 

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
     – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
     – oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli;
     – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
     – sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;
     – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
     – 6 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə ;
     – valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
     – burunətrafı boşluqların rentgenoqrafiyası;
     – sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
     – qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
     – qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
     – qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
     – sidiyin ümumi analizi;
     – nəcisdə heylmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd;
     – dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
    – psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
     – xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Ümumi orta təhsil haqqında attestat, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

 

III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:
Birinci mərhələdə namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3”-dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.
İkinci mərhələdə namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
     – Azərbaycan dili;
     – riyaziyyat;
     – fizika;
     – kimya.

Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.
Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi. Əlaqə telefonu: 538-83-76, 538-83-75).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər. (Əlaqə telefonu: 544-00-15, 544-00-16).
Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR