Slimfit
  1. HƏRB

Hərbi operator “Dikiy batalyon”un şücaətindən və çətin günlərindən danışdı

Hərbi operator “Dikiy batalyon”un şücaətindən və çətin günlərindən danışdı
Sakura

Hərbi operator “Dikiy batalyon”un şücaətindən və çətin günlərindən danışdı

 

REALTV I Qarabağ Müharibəsi illərinə dair arxivləri işıqlandırmaqda davam edir.

Kanalın “Mir Şahinin vaxtı” proqramı yenidən hərbi operator İlham Ələkbərovla birlikdə yaxın keçmişə səyahət edib.

Bu dəfəki proqramda 1992-1993-cü illərə dair xatirələrini danışan hərbi operator, Sərsəng su anbarı və Ağdamın Gülablı kəndində çəkilmiş kadrları yayımlayıb. Hərbi operator Sərsəng su anbarını qoruyan “Dikiy batalyon” adlandırılan  hərbi hissənin qəhrəmanlığından danışıb: 

“Burdakı oğullar ürəklə döyüşən əsl milliyyətçi, qorxmaz igidlər idilər. Lakin onlara heç bir şərait yaradılmamışdı. Batalyona verilmiş tanklar işləmirdi, mərmisi də yox idi. Sadəcə  ermənilərin gözünü qorxutmaq üçün idi. “Dikiy batalyon”un əsgərləri düşmən tanklarına qarşı yalın əllə döyüşürdü desək  yanılmarıq.

Bundan başqa Ağdamın Abdal Gülablı kəndi vardı. Bu kənd Sovetlər dönəmində kurort zona hesab olunurdu. Lakin müharibə onu xaraba qoymuşdu. Ən dəhşətlisi bu idi ki, düzgün kəşfiyyat olmadığına görə, öz əsgərlərimiz orda yaralanır, qırılırdılar”.

Proqramda Sərsəng su anbarı və Ağdamın Gülablı kəndində qeydə alınmış arxiv materialları təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR