Dərc edildi: Baxış sayı: 530
Hərbi hissələrdə “Açıq qapı” günləri və andiçmə mərasimləri keçirilir
Avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günləri, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkirlər.
“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil edilir, onları maraqlandıran məsələlər müzakirə olunur və mədəni-kütləvi tədbirlər keçirilir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət