Slimfit
  1. HƏRB

Hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir

Hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir
Sakura

Hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişiklik layihəsinə əksini tapıb.

Dəyişikliyə əsasən məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər.

Qanunun hazırkı variantında isə qeyd edilib ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR