Slimfit
  1. HƏRB

Hərbi ekspert: “Azərbaycan ordusu postsovet məkanında ən yaxşılardan biridir”

Hərbi ekspert: “Azərbaycan ordusu postsovet məkanında ən yaxşılardan biridir”
Sakura

Hərbi ekspert: “Azərbaycan ordusu postsovet məkanında ən yaxşılardan biridir”

Ens.az xəbər verir ki,“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı jurnalist və hərbi ekspert, “Milli müdafiə” jurnalının Baş redaktoru İqor Korotçenko Azərbaycanın hərbi gücündən, Rusiya ilə əməkdaşlıqdan və ən yeni silahların alınmasından danışıb.

- Son illərdə Azərbaycan Silahlı Qüvvələrində baş verən müsbət dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Prezident və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin səyləri sayəsində son illərdə Azərbaycan ordusu döyüş potensialını xeyli gücləndirib və arsenalını ən yeni silah növləri ilə zənginləşdirib. Hazırda Azərbaycan ordusu postsovet məkanında ən yaxşılardan biridir. Bu, Azərbaycanın təhlükəsizliyini etibarlı şəkildə təmin edən və hər cür təhlükənin dəf edilməsinə hazır olan yaxşı təchiz edilmiş, effektiv, yüksək mənəvi ruha malik hərbi qüvvədir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Müdafiə Nazirliyi sistemli şəkildə hərbi təlimlər keçirir və bunun nəticəsində hərbi hissələrin döyüş hazırlığının cari vəziyyəti, habelə qərargahların işinin səmərəliliyi qiymətləndirilir. Azərbaycanın hərbi təşkilatının daim təkmilləşdiyini görürük. Rusiyanın Azərbaycana hərbi təchizatı da mühüm amildir. 

Son illərdə Rusiya Azərbaycana təxminən 5 milyard ABŞ dolları dəyərində müasir yüksək dəqiqliyə malik silahlar satıb. Hətta Azərbaycanın Rusiyadan müasir çoxfunksiyalı qırıcı təyyarələr almaq istəməsi barədə də məlumatlar yayılmışdı. Çox güman, söhbət “Su-35”dən gedirdi. Modernləşmə istəyi Azərbaycanın dayanıqlı sabit mövqe və nüfuzunun artmasını təmin edir. Azərbaycana səfərlərimdən birində ön sıralarda idim və deyə bilərəm ki, Azərbaycan əsgərlərinin təchizat səviyyəsi çox yüksəkdir. Ümumilikdə, bu gün Azərbaycan ordusu çox layiqli görünür və bunda Azərbaycan Prezidenti İlham Əliyevin böyük əməyi var.

- Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığı gücləndirmək və daha da inkişaf etdirmək üçün nə etmək olar?

- Düşünürəm ki, ilk növbədə Xəzər dənizində birgə hərbi təlimlərin keçirilməsinə ehtiyac var. Bu cür birgə təlimlər başlanğıc üçün yaxşı addım olardı. Həmçinin təhlükəsizlik məsələlərinin hərtərəfli qiymətləndirilməsi və mümkün böhran və münaqişələrin neytrallaşdırılması üçün Rusiya və Azərbaycanın müdafiə nazirləri və baş qərargah rəisləri səviyyəsində daimi məsləhətləşmələrə ehtiyac duyulur. 

Bundan əlavə, terror təhdidləri ilə mübarizə formatında təlimlər keçirmək barədə danışmaq olar. Bu da çox vacib fəaliyyət istiqamətidir. Bir də ekspert dialoqu lazımdır. Bu xüsusilə vacibdir, özü də dialoqu Rusiya və Azərbaycanın hərbi-siyasi mərkəzlərinin, tədqiqat strukturlarının müstəqil ekspertləri səviyyəsində aparmaq olar.

- Son zamanlar Dağlıq Qarabağ probleminin hərbi yolla həlli istisna olunmur. Belə vəziyyətdə Azərbaycan ordusunun potensialını necə qiymətləndirirsiniz?

- Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu sürətli, qeyri-standart hərəkətlərə və effektiv hücum əməliyyatlarına qadirdir, çünki bu döyüşlər zamanı əvvəllər işğal olunmuş ərazilərin xeyli hissəsi azad edildi. Biz Rusiyada, təbii ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tərəfdarıyıq. Eyni zamanda, hərbi amil də Azərbaycan üçün vacibdir. Azərbaycanın hərbi potensialı olduqca yüksəkdir.

Bununla yanaşı, Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə artırmalı olduğu bir neçə sahə var. Bu, ilk növbədə hava hücumundan müdafiə məsələləridir. Ermənistanın hərbi doktrinasını dəyişdirdiyini görürük və bu doktrina həmçinin qabaqlayıcı zərbələr endirilməsini nəzərdə tutur. Bu o deməkdir ki, rəsmi Bakı növbəti hərbi-siyasi kəskinləşmə zamanı Ermənistanın Azərbaycanın əsas obyektlərinə zərbələr endirməklə belə cəhdlərə al atacağı vəziyyətlə üzləşə bilər.

Belə şəraitdə etibarlı hava hücumundan müdafiə sistemi son dərəcə əhəmiyyət kəsb edir. Buna görə də hesab edirəm ki, Azərbaycanın qarşısında artıq arsenalda mövcud olan “S-300”lərdən əlavə, iki “S-400” zenit-raket sistemi əldə etmək vəzifəsi durur. Bundan əlavə, ən vacib obyektləri qısa mənzilli komplekslərlə qorumaq lazımdır.

Etibarlı hava hücumundan müdafiə sistemi Azərbaycana həm də ona görə lazımdır ki, neft-qaz hasilatı obyektləri ilə bağlı hansısa havadan təhlükəni dəf edə bilsin. Səudiyyə Ərəbistanının təcrübəsi göstərir ki, hava hücumundan müdafiə sistemi səmərəsizdirsə, hətta pilotsuz uçan aparatlar və qanadlı raketlərlə endirilən zərbələr də fəlakətli nəticələrə səbəb ola bilər. Enerji resurslarının ixracının Azərbaycanın gəlirlərinin ən vacib ixrac maddələrindən biri olduğunu nəzərə alsaq, hava hücumundan müdafiə sistemlərinə sərmayə qoymaq ölkəyə zərər verə biləcək hər hansı bir ölkədən və qüvvədən gələn istənilən riskə qarşı çıxmaq üçün zəruridir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR