Slimfit
  1. CƏMİYYƏT

Hərbi dərslər hərbi hissələrdə keçirilə bilərmi? - EKSPERTDƏN AÇIQLAMA

Hərbi dərslər hərbi hissələrdə keçirilə bilərmi? - EKSPERTDƏN AÇIQLAMA
Sakura

Hərbi dərslər hərbi hissələrdə keçirilə bilərmi? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Yeniyetmə və gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində şagirdlərə hərbi dərslər keçirilir. Şagirdlərə nəzəri biliklər öyrədilərkən onlara praktik dərs keçmək üçün hərbi vəsaitlərin olması da vacibdir. Bu baxımdan hərbi dərslər hərbi hissələrdə keçirilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, hərbi dərslərin keçirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilib: “Təxminən 2005-2006-cı illərdə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məktəblərdə hərbi təhsilin yaşı ilə bağlı məhdudiyyətlər göstərilirdi. İkinci məqam isə orta məktəblərdə hərbi dərslərin keyfiyyəti ilə bağlıdır. Sovet dövründə biz 9-cu və 10-cu siniflərdə “Hərbi hazırlıq” dərsi keçirdik. Biz demək olar ki, hərbi məktəblərdəki formada dərs keçirdik. Xüsusilə də müəyyən atıcı silahlardan hazırlıqlar olurdu. Ayrıca silah otağı var idi. Sonradan bunun qarşısı alındı. Məncə, bu doğru bir addım idi. Çünki hərbi dərslərin hərbi məktəbdəki kimi keçirilməsi doğru deyil. Çünki kim hərbiçi olmaq istəyirsə, orta məktəbi bitirdikdən sonra bu sahəyə yönəlməlidir. Bizdə C.Naxçıvanski adına hərbi lisey var. Əvvəl C.Naxçıvanski adına Hərbi Liseyə sənəd qəbulu 7-ci və ya 8-ci sinifdən başlayardı. Bu gün amma 9-cu sinfi bitirənlər C.Naxçıvanski adına Hərbi Liseyə sənəd verə bilər. Məktəblərdəki dərslərin hərbi hissələrdə keçirilməsi doğru olmazdı. Çünki hər hansı səfərbərlik olarsa çağırışçılara hərbi hissə şəraitində  xüsusi dərslər və təlimlər keçiriləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR