Dərc edildi: Baxış sayı: 353
Hərbi Dəniz Qüvvələrində gənc matroslarla görüş keçirilib
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, Hərbi Dəniz Qüvvələrində gənc matroslarla görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasına dair gənc matroslarla maarifləndirici söhbətlər aparılıb və onları maraqlandıran suallara cavab verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət