Slimfit
  1. PSİXOLOGİYA

Hər zaman sirr kimi saxlanılması lazım olan 6 məsələ

Hər zaman sirr kimi saxlanılması lazım olan 6 məsələ
Sakura

Hər zaman sirr kimi saxlanılması lazım olan 6 məsələ

  1. Birinci məsələ ondan ibarətdir ki, siz gələcək planlarınızı digərləri ilə paylaşmalı deyilsiniz. Bu plan icra olunana qədər sirr saxlayın. İdeyalarımızın istəniləni nəinki ideal deyillər, həmçinin onlarda çoxlu zəif nöqtələr olur ki, bunlardan istifadə edərək ona zərbə endirmək və hər şeyi məhv etmək asanlaşır.
  2. İkincisi – etdiyiniz xeyirxah işlər haqqında danışmaq lazım deyil. Xeyirxah iş – dünyada nadir hallardan birinə çevrilib və buna görə də onu gizli saxlamaq lazımdır. Xeyirli işlərə görə özünüzü tərifləməyin. Bu özündən razılığa gətirib çıxarar ki, bu da elə də yaxşı xasiyyət hesab olunmur, düz deyilmi?
  3. Üçüncüsü – ciddiliyinizi hər zaman göstərməyin. Özünüzün qidalanma, seksual münasibətlərə və s. olan münasibətinizi hər kəsə söyləməyin.
  4. Dördüncüsü – öz mərdliyiniz və qəhrəmanlığınız haqda danışmayın. Biz hər birimiz hər gün müəyyən sınaqlarla qarşılaşırıq. Kimsə daxili, kimsə xarici cəhətdən sınaqla qarşılaşır.
  5. Beşincisi digərləri ilə paylaşılması məsləhət olmayan məsələ sizin evinizdəki olan münaqişələriniz və ailə həyatınızdır. Yadda saxlayın: siz ailəniz haqda nə qədər az danışsanız o qədər də ailəniz möhkəm və stabil olacaq. Mübahisə - ünsiyyət zamanı yığılan neqativ enerjidən qurtulmaqdır. Siz nə qədər probleminiz barədə çox danışsanız o qədər çox ona inanacaqsınız.
  6. Altıncısı isə eşitdiyiniz pis sözləri başqalarına deməyiniz məsləhət deyil. Küçədə ayaqqabınızı buladığınız kimi şüurunuzu da çirkləndirə bilərsiniz. Yolda mənasız sözlər eşidib evə gələndə danışan insan evə ayaqqabı ilə girən insandan heç də fərqlənmir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR