Slimfit
  1. İDMAN

Hər üç güləşçimiz finala yüksəldi

Hər üç güləşçimiz finala yüksəldi
Sakura

Hər üç güləşçimiz finala yüksəldi

12:08

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (AGOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımızın uğurlu çıxışı davam edir.

Axar.az xəbər verir ki, mübarizəyə başlayan hər dörd güləşçimiz ilk qarşılaşmalarında rəqiblərini məğlub ediblər.

Sərbəst güləş üzrə təmsilçilərimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevə, Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsə (Böyük Britaniya), yunan-Roma güləşi üzrə Fərid Sadıxlı Andrea Martinoya (İtaliya), Nihat Məmmədli isə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Güləş yarışları 3 gün davam edəcək.

***

 

Sərbəst güləşçimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edərək finala vəsiqə qazanıb.

Onun komanda yoldaşı Əbülfəz Nəsirov (55 kq) finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bezhani Barsonidzeni, daha sonra rusiyalı Maqomed-Emi Eltemirovu məğlub edib.

Yunan-Roma güləşi üzrə Fərid Sadıxlı (45 kq) da festivala inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda Davit Qvasalianı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rusiyalı Maksim Qurova qalib gələn idmançımız finalda mübarizə aparacaq.

Yunan-Roma güləşçimiz Nihat Məmmədli (55 kq) isə əvvəlcə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəlib. Dörddəbir finalda gürcüstanlı Romeo Beridzeyə məğlub olan idmançımız təsəlliverici görüşlərdə mübarizə aparacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR