Dərc edildi: Baxış sayı: 770
"iPhone"lar yeni texnologiya ilə sındırıla bilər
“Apple” şirkətinin smartfonları və planşetlərindəki prosesorlara xas olan ümumi nöqsan üzündən onların qoruma sistemi dəf edilə bilər.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Digitpol” Çinin “PanGu” proqramçılar qrupuna istinadən bildirir.
Belə ki, sözügedən problemin qaynaqlandığı SEP (Secure Enclave Protection) prosesorlarının qoruma sistemi “Checkm8” aləti vasitəsilə on dəfə səhv parol yazılandan sonra dəf edilir. Bununla da cihaza daxil olmaq üçün kod tapmaq asanlaşır.
Ekspertlərin rəyincə, bu nöqsanı proqramlaşdırma vasitəsilə aradan qaldırmaq mümkün deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət