Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird

Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird
Sakura

Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird

Bərdə rayonundan bir uşaq hər gün 10 kilometr piayada Zərdab rayonuna məktəbə gedir.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Bərdənin "Babameşə" adlanan ərazisində yaşayan Laçından olan məcburi köçkün, 13 yaşlı Əli Rəsul oğlu Hümbətov Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd ümumi orta məktəbinin 5-ci sinifində oxuyur. O, dərsə getmək üçün hər gün Kür çayını qayıqla keçməklə 10 kilometrlik yolu piyada gedir. 

Ə.Hümbətov 5 ildir eyni yolla təhsil aldığı məktəbə bu şəkildə getdiyini bildirib: "Səhər saat 8-də evdən çıxıram təqribən 1 saat yol gedəndən sonra məktəbə çatıram. Məsafə uzun olsa məktəbə gecikimirəm və dərsdən qalmıram. Əksinə hamıdan birinci məktəbdə oluram. Bütün qiymətlərim "əla"dır. Dərslərimi yaxşı oxuyuram və gələcəkdə polis olmaq istəyirəm. Məktəbin müəllimləri, şagirdləri Xasa kəndinin sakinləri mənə qarşı çox mehribandır."

Qeyd edək ki, Bərdə rayonunun "Babameşə" ərazisi rayonun ən ucqar yaşayış məntəqəsindən təxminən 25 kilometr aralıda yerləşir. Sözügedən ərazidə Laçından olan 10-a yaxın məcburi köçkün ailəsi məskunlaşıb. BUrada məskunlaşan məcburi köçkünlərin əsas məşğuliyyəti maldarlıqdır. Ərazidə yalnız Əli Hümbətov məktəbə gedir. 

Qeyd edək ki, Zərdab rayon M.Umudov adına Xasa kənd ümumi orta məktəbində 80 nəfər şagird təhsil alır ki, bunların təlim tərbiyəsi ilə 17 nəfər pedaqoji kollektiv çalışır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR