Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər gün bal yeməyin faydaları

Hər gün bal yeməyin faydaları
Sakura

Hər gün bal yeməyin faydaları

Dərinizi təmizləyir

Bal mükəmməl bir antioksidantdır. Müntəzəm olaraq istehlak etsəniz, bədəninizdəki toksinlərin təmizlənməsini təmin edəcək. Bundan əlavə, antibakterial xüsusiyyətilə dərini canlandırır.
 
Arıqlamağa kömək edir
Milli.Az deyerler.org-a istinadən bildirir ki, çəkinizə diqqət yetirməklə yanaşı şəkərdən və şəkərli qidalardan uzaq dayanmaq lazımdır. Lakin bal bunlara daxil deyil. Bal maddələr mübadiləsini inkişaf etdirir və arıqlamanıza kömək edir.
 
Xolesterolu salır
Balda heç xolesterol yoxdur. Tam əksinə, bal xolesterolu aşağı salmağa kömək edir. Gündəlik bal istehlakı bədəndəki antioksidant nisbətinə müsbət təsiri edir.
 
Ürəyinizi gücləndirir
Balda olan antioksidantlar damarların daralmasını əngəlləyir. Damarların daralması infarkta, yaddaşın zəifləməsinə və baş ağrısına səbəb ola bilər. Hər gün bir stəkan suya bir neçə qaşıq bal əlavə edib içsəniz, bütün bunları əngəlləyə bilərsiniz.
 
Yaddaşı gücləndirir
Araşdırmaya görə, müntəzəm olaraq bal istehlak etmək stresslə mübarizə aparmağa köməkçi olur, hücreyrəvi antioksidant müdafiə sistemini yeniləyir və beləcə yaddaşı gücləndirir. Bundan əlavə, balda olan kalsiumun beyin tərəfindən asanlıqla sovrulması üçün beynin işinə də müsbət istiqamətdə təsir edir.
 
Daha sağlam mədə
Güclü bir antiseptik kimi, hər səhər ac qarınına bir qaşıq bal yeyilməsi tövsiyə edilir. Gündə bir qaşıq bal həzm yollarıyla əlaqəli bir çox xəstəliyi əngəlləyir. Ayrıca mədənizdən keçərkən mikrobları öldürür, mukoz pərdəsindəki kiçik yaraları yaxşılaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR