Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər gün 2 xörək qaşığı zeytun yağı qəbul edən insanda...

Hər gün 2 xörək qaşığı zeytun yağı qəbul edən insanda...
Sakura

Hər gün 2 xörək qaşığı zeytun yağı qəbul edən insanda...

Alimlər zeytun yağını insan sağlamlığı üçün ən faydalı məhsullardan biri hesab edirlər. Zeytun yağı "üzunömürlülərin məhsulu" sayılır.

Zeytun yağı olduqca vacib və faydalı Omeqa-3 yağlı turşular, A, D, K, E vitaminlər, polifenol maddələrlə zəngindir.

Omeqa-3 yağlı turşular damarları xolesterindən çox yaxşı təmizləyir. Bu isə aterosklerozun, infarkt və insultun qarşısını alır.

 

Müxtəlif ölkələrdə keçirilmiş çoxsaylı araşdırmalar göstərib ki, hər gün zeytun yağı qəbul edən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski 30% azalır. Həmçinin bu məhsul orqanizmdə iltihabı azaldır, xərçəngəleyhinə təsir edir.

Saglamolun.az bildirir ki, alimlər sağlamlığı qorumaq üçün hər gün 2 x.q. zeytun yağı qəbul etməyi tövsiyə edirlər. Zeytun yağı tərəvəz salatlarına əlavə olunmalıdır. İtaliya, İspaniya və bir çox digər ölkələrdə zeytun yağı buterbrodların hazırlanmasında da istifadə olunur (çörəyə çəkilir).

Ən yaxşı və faydalı zeytun yağı Extra Virgin zeytun yağı sayılır. Bu sözlər butulkanın üzərində qeyd olunur. Məhz bu yağın gündəlik qəbulu bizi bir çox xəstəliklərdən qoruya bilər. Zeytun yağı sərin və qaranlıq yerdə (soyuducuda yox!) saxlanılmalıdır.

Həkimlər zeytun yağını qızartmaq üçün istifadə etməyi tövsiyə etmirlər. Qızartma nəticəsində zeytun yağının bütün faydalı xüsusiyyətləri nəinki yox olur, qızartma zamanı xərçəng əmələ gətirən çox ziyanlı birləşmələr əmələ gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR