Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər gün 1 xurma yemək üçün 7 Səbəb

Hər gün 1 xurma yemək üçün 7 Səbəb
Sakura

Xurmanın faydaları insanlara qədım zamanlardan məlumdur. Xurma əsl vitamin və minerallar anbarıdır.

Zəngin kimyəvi tərkib xurmanı bir çox orqan və sistemlər üçün faydalı edir.

Xurmanın faydaları arasında:

1. Kalium, maqnezium və dəmirlə zəngin olan xurma ürək-damar və qan sistemi üçün çox faydalıdır - ürəyi möhkəmləndirir, damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafının qarşısını alır, qanın tərkibini yaxşılaşdırır.

2. Xurma yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan mineraldır. Bu mineralın orqanizmdə çatışmazlığı müxtəlif qalxanvari vəzi xəstəliklərinə səbəb olur.

3. Qidalı liflər və pektin maddələri ilə zəngin olan xurma bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir -  bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaqları yaxşı  təmizləyir .

4. Xurma beta-karotin maddəsi ilə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. A vitamini normal görmə üçün çox vacibdir.

5. Xurma dərinin vəziyyətini yaxşılaşdırır.

6. Antioksidantlarla zəngin olan xurma xərçəngəleyhinə xüsusiyyətlərə malikdir.

7. Xurma əla sidikqovucudur - böyrəkləri və sidik yollarını təmizləyir, iltihabı azaldır.

 

Mənbə: Saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR