Slimfit
  1. PSİXOLOGİYA

Hər cütlüyün birlikdə yaşamağa başlayandan sonra qarşılaşdığı mənasız 8 mübahisə

Hər cütlüyün birlikdə yaşamağa başlayandan sonra qarşılaşdığı mənasız 8 mübahisə
Sakura

Hər cütlüyün birlikdə yaşamağa başlayandan sonra qarşılaşdığı mənasız 8 mübahisə

Ümid edirik, siz çoxdan stulun yerinin harda olmasını aydınlaşdırıbsınız və bu barədə mübahisə etmək istəmirsiniz.

Diş pastasına görə

Ona görə bir neçə səbəbdən mübahisə etmək mümkündür: güzgüdəki sıçrantılar, açıq qapaq və qeyri-bərabət əzilmiş tübik. Sizin nanəli dadı və göy gel zolaqları sevməyinizi, onun isə neytral aromat və klassik ağ rəngi saymayaq.

Dostlar, mübahisə etməyin, sadəcə hər biriniz üçün tübik alın və pastanı necə sevirsinizsə, o formada basın.

Qab-qacağa görə

Demək olar ki, hər cütlük bu mərhələdən keçir: kim zibili atacaq, kim qabı yuyacaq, kim yeri siləcək kimi məsələlərə nə vaxt qərar veriləcək.

Amma ilk baxışda göründüyü kimi, qab-qacaqla bağlı məsələ elə də asan deyil. Tutaq ki, siz məsul şəxsi təyin etdiniz. Amma sonra yenə də başlanır: “Bu tam təmiz deyil!”, “nə üçün sən qarabaşaq boşqabını islatmadın, indi mən onu dişimlə təmizləyim?”, “süngər lavandada nə gəzir?”, “stolu təmizləmək lazım deyil bəs?”

Problemi qabyuyan maşın həll edə bilər, həmçinin səbrli və anlayışlı olmaq lazımdır, çünki heç bir qab-qacaq sizin əsəblərinizi və yaxşı münasibətlərinizi korlamamalıdır.

Televizora görə

Ümumiyyətlə, indi hər ailədə stasionar televizordan başqa noutbuk və ya planşet var. Buna görə hansı veriliş və ya kinoya baxmaq barədə mübahisə yaranmır. Mübahisələrin səbəbi səsin yüksəkliyi olur.

Birisi sakitliyi, digəri isə televizorun səs-küyünü sevir.  Kiçik yerdə yaşayırsınızsa, bəs bunu necə həll etmək lazımdır? Qulaqcıq deyilən ixtira var. Ondan istifadə etməyi məsləhət görürük.

Ədyala görə

Biri ədyala bürünməyi xoşlayır, digəri isə yatarkən harmoniyanı pozaraq yuxuda hərəkət edir. Amma hər ikisi yuxuda qucaqlaşmağı sevir. Nəticədə birinə isti olur, digərinə isə soyuq və qucaqlaşmaq əvəzinə ədyal uğrunda gecə mübarizəsi baş verir.

İki müxtəlif ədyal və ya bir çooooox böyük ədyal bəlkə də vəziyyəti xilas edəcək. Sonda sutkanın başqa vaxtlarında da qucaqlaşmaq olar.

Corablara görə

Yeri gəlmişkən, bu kişilərdə üstünlük təşkil etmir. Qadınların corabları ortalığa atdığı, kişilərin isə bundan cana gəldiyi ailələr də var. Amma hələ də elm bu problemin həllinin effektiv üsulunu tapmayıb. Çünki, əvvəlcədən kimin corabı ortalığa atacağı bilinmir. Düzdür, o digər parametrlərə görə qane etməyə bilər. Amma ən azından corab üstündə mübahisə etməyəcəksiniz!

Zəngli saata görə

Əgər sən zəngli saatı 10 dəqiqə sonraya yenidən ayarlayırsınızsa, sevgiliniz belə səhər işgəncələrini xoşlamaya bilər. Bu zaman isə problem yaranır: siz ayrılana qədər gündəlik mübahisələrə başlayırsınız.

Amma bu da həddi keçmirsə, gərginliyi aradan qaldırmağın əla üsuludur.

Açıq şkaflara görə

Əgər kimsə hər səhər işə gecikirsə, onda o evi dağınıq vəziyyətdə qoyur: paltar evdə dağınıq vəziyyətdədir, axıra qədər içilməmiş kofe ilə fincan stolun üstündədir, şkafın qapıları açıqdır.

Bu zaman acı iradlardan çəkinmək çətin olur: “Zəngli saat çalan kimi dərhal oyanmaq lazımdır!” Bu da hər kəsə xoş olmur. Bunlar bir-birilə əlaqədar olmaya bilər. Buna görə də sadəcə sevinc içərisində yaşamaq lazımdır: evdən eyni vaxtda çıxmaq lazım deyil və ya vannadan istifadə etmək hüququ uğrunda dalaşmaq lazım deyil.

Seriallara görə

Təsəvvür edin ki, evə gəlirsiz və sevimli serialınızın yeni seriyasına baxmaqla əla axşam keçirmək istəyirsiz. O isə artıq baxıb! Sənsiz!

Ümumiyyətlə bu elə belə məsələ deyil - nə üçün bir-birini qıcıqlandıran insanlar birlikdə yaşayır.  Bəlkə, bu sevgidir?

 

Mənbə: Mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR