Slimfit
  1. İQTİSADİYYAT

Hər bir ölkə sakini xidmət sektorunda orta hesabla 108,8 manat xərcləyib

Hər bir ölkə sakini xidmət sektorunda orta hesabla 108,8 manat xərcləyib
Sakura

Hər bir ölkə sakini xidmət sektorunda orta hesabla 108,8 manat xərcləyib

2024-cü ildə Azərbaycanda hər bir ölkə sakini orta hesabla 108,8 manatlıq ödənişli xidmətlərdən istifadə edib.

Teleqraf , Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonu üzrə bu göstərici 14,4 faiz yüksəlib. Quba-Xaçmaz iqtisadi rayonunda artım 10,1 faiz, Bakı şəhərində isə 9,1 faiz təşkil edib.

Digər iqtisadi rayonlarda da müsbət dinamika müşahidə olunub. Belə ki, Abşeron-Xızı iqtisadi rayonu üzrə 8,9 faiz, Dağlıq Şirvan üzrə 8,5 faiz, Gəncə-Daşkəsən üzrə 7,8 faiz, Şəki-Zaqatala üzrə 7,7 faiz və Lənkəran-Astara iqtisadi rayonu üzrə 7,4 faiz artım qeydə alınıb.

 

Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarında müvafiq olaraq 6,4 faiz və 6,3 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 5,4 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə isə 3,3 faiz artım baş verib. Naxçıvan Muxtar Respublikasında isə ödənişli xidmətlərdə cüzi – 0,3 faiz artım müşahidə edilib.
Qeyd edək ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 15,9 manatlıq artım deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR