Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Hər bir milyonçunun sahib olduğu 20 gündəlik vərdiş

Hər bir milyonçunun sahib olduğu 20 gündəlik vərdiş
Sakura

Bu qaydaları işinizdə və gündəlik həyatınızda tətbiq etməklə daha çox şey əldə edə bilərsiniz.

İnsan zəngin doğulmur, zənginlik sonradan qazanılır ifadəsini yəqin ki eşitmisiniz. Bu həqiqətən də belədir. Bütün məşhur milyonçulara nəzər yetirsəniz, necə uğur qazandıqlarını görə bilərsiniz. Bu işdə onlara müəyyən vərdişlər kömək edir.

Sərvət öz-özünə gəlmir. Buna nail olmaq üçün öz üzərinizdə çalışmalı və özünüzü layiqli insanlarla əhatə etməlisiniz. Fidelity Investments şirkətinə görə, milyonlarla sərvətin sahiblərinin təxminən 80% -i bu zənginliyi varlı valideynlərdən almayıblar, özləri qazanıblar. Güclü istək və ciddi intizam, milyonçuların zirvəyə qalxmasına kömək edib. Həmçinin sadə gündəlik qaydaların da bunda rolu var .

Tanınmış ABŞ sosioloqu "Zəngin vərdişlər" kitabının müəllifi Tomas Corli bir neçə ilini məşhur və müvəffəqiyyətli insanların həyat tərzinin xüsusiyyətlərini aydınlaşdırmağa sərf edib. O hesab edir ki, hər birimizin yoxsulluğa səbəb olan bəzi vərdişləri var. Və eyni zamanda, insan varlanmasına kömək edəcək bacarıqları inkişaf etdirməyə də qadirdir. Müvəffəqiyyətə yalnız maliyyə baxımından müstəqil şəxslərin həyat tərzini izləməklə yaxınlaşa bilərsiniz. Corli, pul qazanmağa kömək edən 20 qaydanın siyahısını tərtib edib. Ens.az –ın təqdim etdiyi bu qaydaları siz də istifadə edə bilərsiniz.

1. Qəti şəkildə "yox" deyin.

Düzgün imtina etməyi öyrənmək çox vacibdir. Sərfəsiz təkliflər daim olur. Onlar yalnız dəyərli vaxtı, əsəbləri və əlbəttə ki, pulu əlinizdən alır. Planlaşdırılmamış əyləncə gecələri, maraqsız tədbirlər və açıq şəkildə uğursuz işgüzar təkliflərdən qətiyyətlə imtina etməlisiniz. İnamla və qətiyyətlə "yox" deyin. Sizi qiymətləndirən və hörmət edən insanlar bundan inciməyəcəklər. Mövqeyinizi onlara izah etsəniz, seçiminizi dəstəkləyəcəklər. Bu bacarıq həyatınızı dəyişdirəcəkdir. Sahib olduqlarınızı qoruyacaq. Vicdanınızı lazımsız öhdəliklərdən azad edin. Artıq həqiqi, vacib işlərin vaxtıdır: lazımi istirahət, özünü inkişaf etdirmək, yeni karyera zirvələrini fəth etmək.

2. İşinizi sevin.

Bütün yaxşı iş adamlarını sevgi idarə edir. İşinizə, həmkarlarınıza, müştərilərinizə, qohumlarınıza, dostlarınıza, can yoldaşınıza sevgi. Həyat eşqi. Onu, qətiyyətlə uğurun "yanacağ" ı adlandırmaq olar. Məhz o bu günümüzü qorumağa və daha yaxşı bir gələcək qurmağa kömək edir. Onunla çətinlikləri dəf etmək və irəli getmək daha asandır. Tomas Corlinin sözlərinə görə, işini həqiqətən sevən sahibkarların 86% -i ən azı 3,6 milyon dollar qazana biliblər.

Yeganə qayda: pulu həyatdakı hər şeydən çox sevmək olmaz. Ciddi ambisiyalar və açıq xəsislik arasındakı xətt çox incədir. O xətti keçməyin və hər qəpik üçün titrəyən xəsisin sürüşkən yamacına düşməyin. Hə, ola bilər ki bu sərvəti daha tez bir zamanda çoxaldacaq , ancaq səni daha xoşbəxt etməyəcək . Böyük pullar şəxsiyyəti məhv edə bilər. Sahibkar Cim Ron deyib : "İnsanın iqtisadiyyatı başa düşməsi, ancaq xoşbəxtliyi dərk etməməsi kədərlidir."

3. Səhvlərdən qorxma.

Heç vaxt səhv etmədən uğur qazanmaq mümkün deyil. Buna görə səhvlərdən qorxma. Sən məktəbdə deyilsən və heç kim sənə qiymət verməyəcək. Səhvlər inkişaf etdiyinizi, yeni şeylər öyrəndiyinizi və nəyi bir daha etməyəcəyinizi başa düşdüyünüzü göstərir. Bütün təcrübəli iş adamları zirvəyə çatmadan dəfələrlə səhv ediblər. Onlar bundan əmindirlər: yüksəkliyə doğru yolu tapmağa kömək edən məhz səhvlərdir. Buna görə uğursuzluqlarından dərs çıxarma qabiliyyəti - maliyyə cəhətdən müstəqil insanların ən vacib keyfiyyətlərindən biridir.

4. Bəhanə gətirməyin.

Maddi cəhətdən kimdənsə asılı olan insan öz uğursuzluqlarına görə özündən başqa hər kəsi günahlandırmağa meyillidir. Daim bəhanələr axtarır. Bu davranışı tərgitmək lazımdır. Uğurlu insanlar şəxsi və iş həyatlarında baş verən hər şeyə görə özlərinin məsuliyyət daşıdıqlarını bilirlər. Onlar taleyə və nəyinsə əvvəlcədən müəyyən olduğuna inanmırlar. Bəhanələr gətirmirlər və ətrafda səbəb axtarmırlar, şikayət etmirlər, başqalarını günahlandırmırlar. Forbes-in ilk yüzlüyündəki iş adamları yalnız özlərinə güvənirlər və talelərinə özləri nəzarət edirlər. Şəxsi gücünə inanmaq, qərarları, qələbələri və məğlubiyyətləri üçün məsuliyyət daşıma bacarığı müvəffəqiyyətli olmağa kömək edir.

5. Tələsməyin.

Ambisiyalarını reallaşdırmaq üçün sahibkarlara orta hesabla 10-20 il vaxt lazımdır. Ancaq bu hazır şablon deyil, yalnızca bir təlimatdır. Hansı yaşda uğurlu olmağınıza dair mövcud standart yoxdur. Hər uğur hekayəsi fərdidir. İşinizi yüksək keyfiyyətlə yerinə yetirmək üçün bacarıq, bilik əldə etməli, qabarıqlıqları doldurmalı və öz ideal reseptinizi tapmalısınız. Tələsməyin, ancaq irəli getməyi də dayandırmayın.

6. Soruşun.

Həmişə düzgün suallar verin. Bu çox faydalı bacarıqdır. Bir şey bilmirsinizsə, başa düşmürsünüzsə - soruşmaqdan qorxmayın. Hər gün yeni bir şey öyrənməyə, dəqiqləşdirməyə, kiminsə faydalı təcrübəsini mənimsəməyə çalışın. Bu yolla təcrübəsiz görünməkdən qorxanlardan daha çox şey biləcəksiniz.

7. Gündəlik olaraq 10 fikir yazın.

Beyninizi daim çalışdırın, təzə fikirlər ortaya qoyun. Əvvəlcə elə gələ bilər ki, heç bir dənəsini də olsun düşünə bilmirsən. Nə qədər alınırsa onu yazın. Ancaq sonra buna cəlb olunacaqsan və proses daha asan gedəcək. Bunun kimi beyin fırtınalarına gündəlik vaxt ayırın və əla nəticələr görəcəksiniz. Ağlınız daha sürətli işləməyə başlayacaq və heç neyi unutmayacaqsınız. Nə qədər maraqlı fikirlər irəli sürsəniz, onlardan birinin böyük uğur üçün ilk addım olma şansı daha yüksək olacaq.

8. Hər gün dünənkindən bir az daha çox şey edin.

Əgər hər növbəti gün fəaliyyətinizi təxminən 1% artırsanız, bir müddət sonra nəzərə çarpan nəticələr əldə edəcəksiniz. Bu minvalla ildə 3800% -ə qədər səmərəlilik əldə ediləcəkdir. Və şəxsi intizamı sağlam şəkildə inkişaf etdirəcəksən. Bu qanunauyğunluq təhsil, iş, biznes və idman sahələrində etibarlıdır. Corlinin topladığı məlumatlara görə, müvəffəqiyyətli insanların 81%-i həmişə düşündüklərindən daha çox iş görməyə çalışırlar.

9. Səhərlər erkən durun.

Ən uğurlu sahibkarlar günə çox erkən başlayanlardır. Erkən oyanma həvəskarları arasında Bill Qeyts, Tim Kuk, Riçard Brenson və başqaları var. Varlıların təxminən 44% -i iş günü başlamazdan üç saat əvvəl oyanır. Və maddi rifahından narazı olan yalnızca 3% insanlar - erkən quşcuğazlardır . İşdən əvvəl özünüzə vaxt ayıra bilərsiniz: oxumaq, məşq etmək, yeni məlumatlar öyrənmək və məhsuldar bir günə köklənmək.

10. Oxuyun, televizora baxmayın.

Təhsil və yeni biliklər işgüzar insanlar üçün çox vacibdir. Onlar kitab oxumağı tok-şoular və serial izləməkdən üstün tuturlar. Corlinin sorğusunda iştirak edən iş adamlarının 67% -i televiziyaya gündə bir saatdan az vaxt ayırır. Onların 88% -i gündə ən azı yarım saatını kitablara həsr edir. Burada söhbət ilk növbədə romanlardan yox, tətbiqi ədəbiyyatdan gedir. Maraqlı düşüncələri, yeni ideyaları və mütəxəssislərin təcrübəsini ciddi nəşrlərdən əldə etmək olar. Bunun sayəsində sahənizi daha yaxşı biləcəksiniz və ümumiyyətlə daha məlumatlı olacaqsınız.

11. Yavaş-yavaş yeyin.

Zəngin insanlar nahara daha çox vaxt ayırırlar, çünki beyin və bədənə fasilə verilməli olduğunu bilirlər. Fasiləsiz işləmək səmərəsizdir. Buna görə də qaça-qaçla yeməyi dayandırın. Özünüzə təmiz vicdanla qidanın dəyərli qəbulundan həzz almağa icazə verin .

12. Sağlam bədəndə sağlam ruhu qoruyun.

Məşq, düzgün qidalanma və sağlamlığın qeydinə qalmaq - uğur qazanmaq üçün çox vacibdir. Hətta çox sıx iş qrafikinə sahib müvəffəqiyyətli sahibkarların 76% -i həftədə 4 dəfə idman salonuna getməyə vaxt tapır. 57%-i isə daim qidalanmalarına fikir verirlər.

13. İşinizi planlaşdırın.

Diqqəti cəmləmək və heç nəyi unutmamaq üçün gün, həftə və aylıq siyahı hazırlamağa dəyər. Nəyəsə nail olmaq istəyirsinizsə, qeyd edin. Tapşırığı dəqiq şəkildə ifadə edin. "Varlanmaq istəyirəm" yerinə "bir ayda bu qədər qazanmaq istəyirəm" yazın. Və artıq hədəfə köklənməkdən başlayaraq, buna nail olmaq üçün kiçik addımları planlaşdırın. Bundan əlavə, gün əvvəlcədən planlaşdırıldığı zaman, sən heç bir vacib işi əldən verməyəcəksən . Və beləliklə, beyniniz adi məsələlərin hamısını yadda saxlamaq əvəzinə , öz ehtiyatlarını vacib şeylərə xərcləyə biləcək. Statistikaya görə, respondentlərin 67% -i bütün planlaşdırılan işlərin ən azı 70%ni yerinə yetirir. Gün ərzində qoyulan 10 sualdan mütləq ən azı 7-ni həll edirlər.

14. Ağıllı sərmayə qoyun.

Maliyyə savadı uğurun əsasını təşkil edir. Çox pul qazanmaq kifayət etmir, ona həmçinin düzgün qaydada sərəncam vermək lazımdır. Qənaət etmək və sərmayə qoymaq, müxtəlif maliyyə alətlərindən istifadə edə bilmək lazımdır. Əgər bunu anlamırsansa, daha böyük miqdarda itirə bilərsən. Düşünülməmiş xərclər tez-tez maliyyə iflasına gətirib çıxarır. Uğurlu iş adamları bazarın necə işlədiyini və qazancı çoxaltmağın asan yollarını bilirlər. Aktivlərini və passivlərini ağılla idarə edirlər, daim sərmayə qoyurlar. Mümkün olduğu yerdə qənaət edirlər. Həm də onlar mütləq qazancın müəyyən hissəsini xüsusi ehtiyat fonduna ayırırlar.

15. İşə başınızla girişin.

Yalnız zəngin deyil, həm də xoşbəxt olmaq üçün ürəyinizə yatan iş tapmaq və özünüzü tamamilə ona həsr etmək əhəmiyyətlidir. Bəyənmədiyiniz işdə həqiqətən uğurlu ola bilməzsiniz. Stiv Jobs belə düşünürdü və bir çox başqa milyonçular da. Onların 86%-i işlərini sevdiklərini etiraf edirlər. Bu, daha sürətli inkişaf etməyinizə və daha məhsuldar olmağınıza kömək edir. Seçilən istiqamət haqqında daha çox məlumat əldə etmək, yeni insanlarla tanış olmaq və öz üzərində işləmək istəyi yaradır.

16. Pulunuzu boş yerə xərcləməyin.

Sən həqiqətən müvəffəqiyyətli olduqda, bunu heç kimə sübut etməyə ehtiyac yoxdur. Ağıllı qənaət kapitalın artmasına kömək edəcək. Tomas Corlinin öyrəndiyi kimi, böyük sahibkarların 95%-i gəlirlərinin 20% - nə qənaət edir. Ucuz avtomobillər sürürlər, müntəzəm olaraq adi aviaşirkətlərlə uçurlar və sərvətlərini göstərmək üçün ən yeni smartfon almırlar.

17. Meditasiya ilə məşğul olun .

Meditasyanın fiziki və zehni sağlamlığa müsbət təsiri çoxdan sübut edilmişdir. İmmunitet sistemini gücləndirir, yaddaşı yaxşılaşdırır, streslə mübarizəyə kömək edir və daha diqqətli olmağa kömək edir. Meditasiya, Tvitter'in direktoru Cek Dorsi, məşhur media personası Opra Uinfri və maliyyə baxımından müvəffəqiyyət əldə etmiş digər insanlar üçün sevimli istirahət üsuludur.

18. Doğru sosial dairəni formalaşdırın

Yalnızlıqdan çəkinərək insanlar çox vaxt səhv mühitdə hərəkət edirlər. Ancaq bu yanlış yanaşmadır. Özünüz üçün müəyyən tələblər irəli sürərək, ətrafınızdakı insanlardan daha az tələbkar olmamalısınız. Yalnız inkişafınıza kömək edənlərlə ünsiyyət qurmağa dəyər. Ağıllı, uğurlu, bacarıqlı insanlarla özünüzü əhatə edin. Bir şey öyrənə biləcəyiniz, nələrisə mənimsəyə biləcəyiniz insanları axtarın. Əgər ətrafınızda nikbin insanlar varsa, özünüz də nəticəyə daha çox inanmağa başlayacaqsınız. İlham alacaqsınız, yaxşı fikirlər ortaya qoya biləcəksiniz. Özünüzə güvənməyi öyrənərək şikayətlənməyi dayandıracaqsınız. Ləyaqətli müəllimlərin və sadiq dostların mövcudluğu nəailiyyət qazanmaq üçün çox əhəmiyyətlidir. Bunu varlıların 68% -i təsdiqləyir. 93%-i isə əmindir: müəllimləri və tərəfdaşları olmasaydı, varlanmazdılar.

19. Duyğularınızın təsiri altına düşməyin.

Beyninizin sönməsinə və emosiyaların ağlınızı üstələməsinə yol verməyin. Güclü həyəcan, müsbət və ya mənfi olsun fərq etmir, ölçülü-biçili qərarlar qəbul etməyə mane olur. Bütün üstünlükləri və çatışmazlıqları ölçdükdən sonra çətin bir seçim edilməlidir. Üstəlik, iş üçün çətin bir dövrdə.

20. Borca girməyin.

Təcrübəli iş adamları kredit götürməyi və ya sadəcə borc almağı sevmirlər. Onlar hesab edir ki, başqalarının pullarını xərcləmək və ya ümumiyyətlə boş şeylər  üçün xərcləmək yaxşı iş deyil. Zəngin olmaq üçün nə edə biləcəyinizi həmişə başa düşməlisiniz. Vəcibinizə uyğun olmayan nəyisə əldə etməkdən çəkinməlisiniz. Forbes siyahısının liderləri, həqiqətən ehtiyac duyduqlarını sərfəli şəkildə almaq üçün öz qaynaqlarını və qiymətlərini təhlil etməyə çalışırlar. Ağıllı qənaət tamamilə gəlir səviyyəsindən asılı deyildir. Buna həm adi ofis işçisi, həm də milyonçu ehtiyac duyur.

Bu qaydaları işinizdə və gündəlik həyatınızda tətbiq etməklə daha çox şey əldə edə bilərsiniz.

Mənbə: www.menslife.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR