Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hepatit daşıyıcısı olmaq nə deməkdir? – Müalicə, yoxsa...?

Hepatit daşıyıcısı olmaq nə deməkdir? – Müalicə, yoxsa...?
Sakura

Hepatit daşıyıcısı olmaq nə deməkdir? – Müalicə, yoxsa...?

Hepatit xəstəliyinin 2 tip forması var: daşıyıcı və xəstə. Hepatit virusunun daşıyıcısı olmaq o deməkdir ki, qanda virus yükü qaraciyərə zərər verməyəcək dərəcədə azdır. 
 
Ancaq virus qaraciyər və qanda olduğu üçün digər insanları yoluxdurma və aktiv Hepatit B –yə çevrilmə riski vardır. 
 
Dünya miqyasında təxminən 400 milyona yaxın insan HBsAg daşıyıcısıdır.
 
Nə zaman xəstəyə daşıyıcı Hepatit B xəstəsisən  deyilir.
Medicina.az daşıyıcının real xəstədən fərqlərini təqdim edir.
 
•Qanda qaraciyər funkusiyon testləri normal
>6 aydan uzun müddətli HBsAg pozitif (+)
HBV DNT-nin az titrədə olması 
•Hepatit D nin olmaması
•Qaraciyər fibrozisinin olmamasıdır.
 
İnaktiv HBsAg daşıyıcılarında zaman içində HBsAg neqatifləşməsi və hətta anti-HBsAg pozitifləşməsi ola bilər. 
Xəstədə sirroz və ya irəliyə doğru ağırlaşmalar yoxdursa, daşıyıcılıq müalicəsiz izlənməlidir.
 
Daşıyıcı Hepatit B xəstələri həkim nəzarətində, qan analizləri ilə daim izlənməlidir.
İnaktiv daşıyıcı Hepatit B xəstəliyi üzərinə hər hansı bir infeksiyon (Hepatit C, Hepatit D, HİV qrip) qoşularsa,hepatotoksiki təsirlər (ağrıkəsici, antibiotik, oral kontraseptiv, psixotrop dərmanlar, bitki mənşəli peraparatlar və bitkilər və.s.) istifadə olunarsa xəstəliyə çevrilə bilər.
 
Daşıyıcı Hepatit xəstəsi tam dərk etməlidir ki, hepatit B virusu qanında və qaraciyərində var və o heç yerə getmir. Nə vaxtsa aktivləşə bilər. 
 
İLdə 2 dəfə 6 aydan bir  Hepatoloq nəzarətində olmalı, lazımi müayinələrdən keçməli və digər sağlam insanları yoluxdurmamaq üçün çalışmalıdır.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR