Slimfit
  1. İDMAN

Həndbol millimiz Malta yığmasını məğlub edib

Həndbol millimiz Malta yığmasını məğlub edib
Sakura

Həndbol millimiz Malta yığmasını məğlub edib

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirakını başa vurub. SİA-nın məlumatına görə, yığmamız Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında Kipr millisinə 17:25, Gürcüstana isə 25:30 hesabı ilə məğlub olub. Sonuncu oyunda Malta ilə qarşılaşan həndbolçularımız 27:24 hesabı ilə qalib gəliblər.

Hesabında 2 xal olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə Kipr millisi qrup lideri kimi adlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR