Dərc edildi: Baxış sayı: 1339
Həmyerlimizdən tarixi dəyişəcək ixtira
Almaniyada həmyerlimiz Emil Məmiyev yeddi ildir, üzərində çalışdığı layihəni təqdim edib.
Parafraz-ın "Cümhuriyet" qəzetinə istinadən verdiyi məlumata görə, o, güc qaynağına ehtiyac duymadan öz-özünə elektrik istehsal edə bilən cihazı təqdim edib.
Keçirilən mətbuat konfransında bu ixtiranın dünyada ilk olduğu vurğulanıb.
Cihazın ixtiraçısı açıqlamasında bildirib ki, yeddi ildir, üzərində çalışdığı layihə bir il əvvəl gerçəkliyə çevrilib:
"Biz bunu Pendulum hərəkəti adlandırmışıq. Fizika qanunlarına əsasən, güc olmadan enerji əldə edilə bilməz. Pendulum sayəsində güc qaynağı kəşf etmişik, həm dövrə, həm də təzyiqin gücündən qaynaqlanaraq enerji istehsal edirik".
İxtiraçı onu da qeyd edib ki, cihaz vasitəsilə 1500 kilovatt saat enerji istehsal etmək mümkündür. Bundan sonrakı cihazlar da artıq prototip yox, fasiləsiz elektrik enerjisi istehsal edə biləcək aparat olacaqlar".
E.Məmiyev cihazın satışı barədə düşünmədiklərini də dilə gətirib. O deyib ki, cihazdan əldə edilən elektrik enerjisinin satışı planları var, amma cihazın satışından söhbət gedə bilməz.
Artıq patent üçün müraciət etdiklərini deyən həmyerlimiz ən qısa zamanda istehsalata başlayacaqlarını nəzərə çatdırıb.
Ona bu işdə sponsor Murad Ron, “Rimatek” şirkətinin sahibi adamı Hüseyn Aydın, Tural Paşayev və patent vəkili Armin Hamel dəstək veriblər.
Mənbə: Parafr.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət