Dərc edildi: Baxış sayı: 645
Həmsədrlər İrəvanda: Paşinyanla nədən danışdılar?
Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Minsk Qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Axar.az Nyus.am-a istinadən xəbər verir ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinin bütün tərəflərin öhdəlikləri daxilində olduğunu vurğulayıb.
Tərəflər həmçinin Ermənistanda siyasi dəyişikliklərdən sonra sülh prosesinin dinamikası ilə bağlı müzakirə aparıblar. Eyni zamanda Düşənbədə Prezident İlham Əliyevlə Paşinyanın apardığı danışıqlar və əldə etdiyi razılaşmalarla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər gələcəkdə atılacaq mümkün addımların da vacibliyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət