Slimfit
  1. CƏMİYYƏT

Həmkarı Natəvan Babayevanın xəstəxanada dediklərini yada saldı: “Axı mən gecə heç nəfəs ala bilməyəcəm”

Həmkarı Natəvan Babayevanın xəstəxanada dediklərini yada saldı: “Axı mən gecə heç nəfəs ala bilməyəcəm”
Sakura

Həmkarı Natəvan Babayevanın xəstəxanada dediklərini yada saldı: “Axı mən gecə heç nəfəs ala bilməyəcəm”

Vəfat edən tanınmış aparıcı Natəvan Babayevanın keçmiş iş yoldaşı, jurnalist Ləman Ələşrəfqızı bu gün xəstəxanada həmkarını son ziyarəti barədə danışıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, L.Ələşrəfqızı bu barədə “Facebook” hesabında paylaşım edib.

“Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi yoxsa üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi ki, çağırın da tibb bacısını.

Qadın məni işarə edərək soruşdu: Xanımı çölə çıxardım? Əli ilə “yox” işarəsi etdi. “Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm” dedi. Natış.... Mənə sıfır reaksiya... Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.

Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. 

“Alın, təmizdir” dedi. 

Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək”, - deyə jurnalist paylaşımında qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR